Qotur qoyundan bir çəngə yun da qənimətdir.

Lit. Getting a tuft of wool from a mangy sheep is better than nothing. / Cf. Blood out of a stone. / Half a loaf is better than no bread. С паршивой овцы хоть шерсти клок. / От худой собаки хоть шерсти клок.
Qotur dana bütün naxırı korlar.
Qotur qoyunu qırxmazlar.
OBASTAN VİKİ
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Yun
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qotur (Abaran)
Qotur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Abaran çayının sağ qolu üzərində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Qoytur olmuşdur. Kəndin adı 1931-ci ildən sonrakı mənbələrdə çəkilmir. İndi xaraba kənddir. Toponim Azərbaycan dilində «bitkisiz, otsuz yer» mənasında işlənən qotur sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. Türkmənçay müqaviləsindən sonra, 1830-40-cı illərdə İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Qotur (Sayınqala)
Qotur (fars. قطور‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (125 ailə).
Bu da bir həyatdı
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Qotur bulağı (Şuşa)
Qotur bulağı — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Qotur bulağı Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında yerləşir. Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedən bulaqdır. Yay aylarında Şuşaya istirahətə gələn insanlar bulağın suyundan içir,yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər. Bulağın suyu ilin 6 ayında gəlir, 6 ayında isə quruyurdu. İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır.
Ma Yun
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. == Həyatı == Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". == Şəhərin ən pis ali məktəbində == Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Yun Ma
Cek Ma və ya Ma Yun (çin. 马云; 10 sentyabr 1964, Hançjou[d]) — "Alibaba Group"un yaradıcısı; dünyanın ən varlı şəxslərindən biri. Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır. Cek Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub. Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib. Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş: "Məhz həmin vaxt xaricilərin məktəbdə bizə təqdim etdiklərindən çox fərqli olduqlarının şahidi oldum". Ma iki dəfə kollecə qəbul olmaq istəsə də, cəhdləri uğursuz alınır. Sonda Xançjou Müəllimlər İnstitutuna daxil olmağı bacarır. Sözügedən ali məktəb isə özünün dedyiyinə görə, o zaman şəhərdə ən zəif təhsil müəssisəsi sayılırmış.
Yun Fosse
Yun Fosse (ing. Jon Fosse; 29 sentyabr 1959[…], Hauqesund[d], Ruqalann[d]) — norveçli yazıçı və dramaturq, O, Henrik İbsendən sonra ən çox ifa olunan Norveç dramaturqudur. Tez-tez "yeni İbsen" olaraq adlandırılan Fossenin əsərləri 19-cu əsrdə İbsen tərəfindən qurulan dramatik ənənənin müasir davamını təmsil etdiyi qeyd edilir.2023-cü il üzrə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2023). Yon Fosse 1959-cu il sentyabrın 29-da anadan olmuşdur. Hekayə, roman, pyeslərlə yanaşı, esse və şeirlər yazır. Zəngin yaradıcılığı “Septologiya” silsilə romanları, 40-dan çox pyes, hekayələr, şeir və esseləri əhatə edir. İndiyədək onun əsərləri 40-dan çox dilə tərcümə edilmişdir. 2022-ci ildə ingilis dilinə tərcümə edilən “Yeni ad: Septologiya VI-VII” romanı Buker mükafatının qısa siyahısına düşmüşdür. Yon Fosse həmçinin bədii tərcümə ilə məşğuldur. Yun Fossenin əsərlərində, əsasən, adi həyat həqiqətləri, insanın daxili aləmi, şimal insanının az ünsiyyətə girməsi, çətin zamanlardakı seçimləri kimi mövzulara toxunulur.
Qızıl yun
Qızıl yun — qədim yunan mifologiyasında buludlar ilahəsi Nefela və ya Heranın əmri ilə Hermes və ya Zevsin özü tərəfindən göndərilən qoçun qızıl dərisi. Orxomen padşahı Afamantın övladları Friks və Hella ögey anaları İnonun təqiblərindən qaçaraq Asiya sahillərinə getdilər. Yolda Hella dənizə düşmüş, o zamanlar Hellespont adlandırılan dəniz "Gella dənizi" (indiki Dardanel boğazı) adlandırılmışdır Friks Kolxida sahillərinə çatmışdır. Burada o, Zevsə bir qoç qurban vermiş və çıxarılan qızıl yununu Kolxida kralına təqdim etmişdir. Yasonun rəhbərliyi altında arqonavtlar tərəfindən oğurlanaraq Yunanıstana aparılmışdır. Ares bağında bir əjdaha tərəfindən qorunurdu.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
"DAM"da bir gün (film, 1976)
Da (hərf)
Դ, դ (səslənməsi: da, erm. դա) — erməni əlifbasının dördüncü hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Da Vinçi
Leonardo di ser Pyero da Vinçi (it. Leonardo di ser Pyero da Vinçi; 15 aprel, 1452–2 may, 1519) — Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan "Universal insan" (ing. Homo Universale) tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. == Uşaqlığı (1452–1466) == Leonardo 15 aprel 1452-ci ildə (köhnə stillə) Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427–1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin övladı olaraq dünyaya göz açmışdır. Leonardonun babası Antonio da Vinçinin (1372–1468) öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: "Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm — oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi". Müasir baxımdan Leonardonun soyadı olmamışdır, belə ki, "da Vinçi" sadəcə "Vinçidən olan" mənasına gəlir.
Bir az da Bahar bayramı (film, 1979)
Bir az da Bahar bayramı — qısametrajlı bədii televiziya filmi. Rejissor Nazim Abbas tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə idman müəllimi Məmmədəlinin acı taleyindən söhbət açılır. Əsas rolları Tofiq Mirzəyev, Sona Aslanova, Adil İsmayılov və Çingiz Əhmədov ifa edirlər. == Məzmun == Filmdə idman müəllimi Məmmədəlinin (Tofiq Mirzəyev) acı taleyindən söhbət açılır. == Film haqqında == Film Maqsud İbrahimbəyovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
An Yun-Hva
An Yun-Hva (d. 20 fevral 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == An Yun-Hva Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Kim Hyeon-yun
Kim Hyeon-yun (18 oktyabr 1992) — Cənubi Koreyalı atıcı. Kim Hyeon-yun Cənubi Koreyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kim Hyeon-yun birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 624.4 xal toplayaraq 11-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Kim Yun-min
Kim Yun-min (13 noyabr 1999-cu ildə Cənubi Koreyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Cənubi Koreyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Yun-min Kvanju akademiyası vasitəsilə inkişaf etmişdir. Yun-min öz peşəkar karyerasında debütünü 3 mart 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Məhəmməd Kamara ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Li Ho-Yun
Li Ho-Yon (d. 3 may 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Ho-Yon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Li Sın Yun
Li Sın Yun (18 aprel 1995, İnçxon) — Cənubi Koreyalı oxatan. Li Sın Yun 2013-cü ildə Dünya Çempionatında və 2016-cı ildə Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2014-cü ildə Asiya Oyunlarında üçüncü yeri tutub. == Karyerası == Li Sın Yun birinci ciddi uğurunu 2013-cü ildə Türkiyənin Antalya şəhərində qazandı. Li Sın Yun final görüşüdə daxil olmaqla bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra o, vətənində Asiya Oyunlarının bürünc medalını qazandı. 2016-cı il isə Li Sın Yun üçün daha əhəmiyyətli oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində, komanda yoldaşları Ku Bon-Çan və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.
Li Yun-Yon
Li Yun-Yon (d. 3 yanvar 1979) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Yun-Yon Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu.
Qızıl Yun ordeni
Seçkin Qızıl Yun Ordeni (isp. Insigne Orden del Toisón de Oro,alm. Orden vom Goldenen Vlies‎) — 1430-cu ildə Burqundiya hersoqu Xeyiryah Filipp tərəfindən Portuqaliyalı İzabella ilə evliliyini qeyd etmək üçün Brüggedə əsası qoyulmuş katolik cəngavərlik ordeni. Bu gün ordenin iki qolu mövcuddur, yəni İspan və Avstriya Qızıl Yun ordenləri. Hazırkı qrossmeysterlər müvafiq olaraq İspaniya Kralı VI Felipe və Habsburq-Lorren sülaləsinin rəhbəri Karl fon Habsburqdur. Qızıl Yun dünyanın ən prestijli və tarixi cəngavərlik ordeni kimi tanınır. Hər bir medal bütöv qızıldandır və 2018-ci ildəki təxminən 50000 avro dəyərində olduğu təxmin edilir ki, bu da onu ən bahalı cəngavər ordeni edir. Ordenin hazırkı cəngavərləri arasında keçmiş Yaponiya İmperatoru Akihito, Bolqarıstanın keçmiş çarı Simeon, keçmiş Niderland Kraliçası Beatriks və digər 13 nəfər var. Avstriya qolunun cəngavərləri sırasına Mərkəzi Avropanın kiçik ərazilərinin 33 zadəgan və şahzadəsi daxildir, onların əksəriyyəti alman və ya Avstriya mənşəlidir.
Sencu yun fabriki
Sencu yun fabriki (千住製絨所, Sencu seycuşo) – Yaponiyanın ilk yun fabriki. Tokionun Sencu rayonunda yerləşirdi. Sencu yun fabriki Meyci hökuməti tərəfindən müasir sənayeni inkişaf etdirmək məqsədilə yaradılmış bir çox model fabrikdən biri idi. Fabrik Almaniyadan gətirilmiş maşınlarla və alman texniklərlə yaradılmış, 1879-cu ildə fəaliyyət göstərməyə başlamışdır. Fabrikin məqsədi özəl müəssisələr üçün model təşkil etmək, eləcə də, ordunun hərbi formalara və digər yun məmulatlarına olan təlabatını ödəmək idi. Fabrikin idarəçiliyi 1881-ci ildə Kənd Təsərrüfatı və Ticarət Nazirliyinə, 1888-ci ildə isə Ordu Nazirliyinə keçmişdir. Digər dövlət müəssisələrindən fərqlənən cəhəti ölkəni tamamilə yeni sənaye sahəsi ilə tanış edən yeganə hökumət fabriki olması idi. Özəl yun sənayesi sektoru pambıqəyirmə və ipəksarımaya nəzərən ləng inkişaf etdiyi üçün Sencu yun fabriki bu sahədə əhəmiyyəti qoruya bilən yeganə müəssisə olmuşdur. XX əsrə qədər Yaponiyada yun parçalar istehsal edən əsas fabrik olmuşdur. Yasuci İnoenin "Tokionun 100 görünüşü" seriyasına (1881–1889) daxil olan şəkillərdən biri Sencu yun fabrikinə həsr olunmuşdur.
Yun Don-cu
Yun Donq Cu və ya Yoon Donq Ju (윤동주 Hanca: 尹 東 柱; 30 dekabr 1917, Lunçzin[d], Qirin[d] – 16 fevral 1945, Fukuoka) tənqidi üslublu poeziyası ilə yanaşı lirik poeziyası ilə də tanınan, Çində dünyaya gələn koreyalı şair idi. Yun Çinin Jilin şəhərində koreyalı qaçqın ailəsində anadan olub, böyüyüb. Daha sonra Myenqdonq məktəbində oxuyub və Pyonqyanq Sonqsil orta məktəbini və Seul Yeonhee kollecini bitirib. Yeonhee kollecindəki ikinci ilində oğlanlar üçün jurnalda şeir nəşr etdi və rəsmi olaraq qəzet məqaləsində yer aldı. Yaponiyaya keçdikdən sonra 1942-ci ildə Kyoto Doşişa Universitetinə daxil oldu, lakin 1943-cü ildə Yaponiya əleyhinə hərəkət etdiyi iddiası ilə Yapon polisi tərəfindən həbs edildi. Fukuokada həbsxanada olarkən 100-dən çox şeir yazaraq 27 yaşında ölür.